AZ   |   RU

Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.


Baxış sayı: 47
  • 18-11-2021, 17:09