AZ   |   RU
Türkiyə ordusu Suriyanın şimalında 29 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalında 29 PKK/YPG terrorçusunu zərərsizləşdirib.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


"Terrorçular üçün qaçmağa yer yoxdur, son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, - deyə vurğulanıb.


Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qaşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-01-2025, 12:56