AZ   |   RU
Dövlət Agentliyi: Təxminən 50 faizə yaxın peşə təhsili müəssisəsində məcburi köçkün ailələri yaşayır

 

Bu gün Azərbaycanda təxminən 50%-ə yaxın peşə təhsili müəssisələrində məcburi köçkün ailələri yaşayırlar.

Missiya.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə danışıb.

Onun sözlərinə görə, hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə təhsili müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir:

"Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı. 2020-ci ildə şanlı qələbəmizdən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda da yeni peşə təhsil müəssisələri tikilib.




  • Dünən, 10:56