AZ   |   RU
Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalındakı Qara və "Pəncə-Kilid" əməliyyatı bölgəsində 3 PKK terrorçusunu zərərsizləşdirib.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


“Terrorun mənbəyində məhv edilməsində qərarlıyıq", - deyə vurğulanıb.


Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatını davam etdirir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 10-01-2025, 17:13