AZ   |   RU
Putin Rüstəm Muradovu Zəngəzurla bağlı Ermənistana göndərdi - Təcili səfər

Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandiri Rüstəm Muradov Ermənistana təcili səfərə gəlir. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “168.am” saytı məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Muradovun təyyarəsi bir neçə saat sonra İrəvana enəcək. 

Rüstəm Muradovun İrəvana səfərinin məqsədi ötən gün Zəngəzurda yaşanan gərginliyin yenidən baş verməməsi üçün müzakirələr aparmaq və Azərbaycana əsir düşən erməni hərbçilərin geri qaytarılma məsələsini müzakirə etməkdir. 

Keçmiş komandirin hazırda məzuniyyətdə olduğu və Ermənistan-Azərbaycan sərhəddində baş verən gərginliklə əlaqədar istirahətini yarıda qoyub İrəvana səfərə yollandığı bildirilir. 

Elvin
Missiya.Az

  • 17-11-2021, 13:51