AZ   |   RU
Makron öz səhvini etiraf etdi

Fransa Prezidenti Emmanuel Makron vətəndaşlara Yeni il müraciətində parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarının siyasi böhranı həll etməkdənsə, daha böyük qeyri-sabitliyə səbəb olduğunu etiraf edib.


Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.


"Etiraf etməliyəm ki, bu qərar fransızlar üçün həll yollarından daha çox fikir ayrılığı gətirdi", - deyə telekanal onun sözlərindən sitat gətirib.


Fransa liderinin sözlərinə görə, o, siyasi durğunluq təhlükəsindən qaçmaq üçün bu qərarı verib, lakin bu qərar daha çox qeyri-sabitlik yaradıb.


Makron əlavə edib ki, vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürür. O, sabitlik və əsas məsələlərin həlli naminə 2025-ci ilin "kollektiv bərpa ili" elan edilməsinə çağırıb.



  • 1-01-2025, 21:30