AZ   |   RU
Kiyevə dron hücumu olub, ölən və yaralananlar var

Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb. 


Missiya.Az "Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisinin məlumatına istinadən bildirib. 


"Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib", - məlumatda qeyd ounub.


 Bundan başqa, baş prokurorun ofisi xəsarət alanlar arasında iki hamilə qadının olduğunu deyib. 


Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.



  • 1-01-2025, 15:14