AZ   |   RU
Ordubadda yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb

Ordubad rayonunda qəza baş verib, 6 nəfər xəsarət alıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. 

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.




  • 30-12-2024, 17:04