AZ   |   RU
Azərbaycan MN: "Ermənistanın hərbi bölmələrinin hücumu tam iflasa uğrayıb"

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində hücum cəhdinin tamamilə iflasa uğradığını bəyan edib.

Missiya.Az
xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

"Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib", - nazirlikdən bildirilib.

  • 16-11-2021, 13:58