AZ   |   RU
Azərbaycanın D8-ə üzv olması ilə daha da gücləndik - Türkiyə lideri



Qahirədə keçirilən D-8 təşkilatının 11-ci konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra vacib məqamlara toxunub.

Missiya.Az
xəbər verir ki, Ərdoğan Azərbaycana təşkilata üzv olduğu üçün təşəkkür edib və bildirib: "Qardaş Azərbaycanın təşkilatımıza üzv olması ilə dünəndən daha güclüyük və xoş gəldiniz! deyirəm"

Türkiyə lideri habelə Suriyadan söz açıb: "Suriyalı qardaşlarımızın yanında olmalıyıq. Terrordan qurtulmuş bir Suriyanın inşası ən səmimi gözləntimizdir. Bu yolda nə lazımdırsa edəcəyik".


Zərintac Mayisqızı
Missiya.Az





  • 19-12-2024, 15:05