AZ   |   RU
Paşinyanın təriflədiyi yolda hərəkət iflic oldu - Sərhədyanı kəndlərin əhalisi çətin durumda - VİDEO

Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurması Ermənistanın sərhədyanı kəndlərində ciddi problemlər yaradıb. Sərhədyanı bölgələrdə yaşayan əhali Ermənistanın digər ərazilərinə getməyə çətinlik çəkir. 

Missiya.Az
xəbər verir ki, bu barədə görüntüləri “Hraparak” nəşri yayıb. 

Nəşr yazır ki, baş nazir Nikol Paşinyanın hökumətin iclasında təriflədiyi yol, heç bir işə yaramır. 

Sitat: “Bu Tatevdən keçən yoldur. Guya yol Gorus-Qafan yoluna alternativ kimi təqdim olunur. Yolun tikintisi ötən gün başa çatıb. Biraz qar yağıb, yol iflic olub, tıxacın sonu görünmür. Paşinyan hökumətin iclasında yolun ideal vəziyyətdə olduğunu demişdi. Təsəvvür edirsinizmi, qışda bu yolda nələr baş verəcək? Bu yol sadəcə keçilməz olacaq”, - sitatın sonu.  

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından danışıb. O bildirib ki, Azərbaycan tərəfi bizə rəsmi şəkildə Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başladıqları barədə məlumat verib. Azərbaycanın Gorus-Qafan yolunun bir hissəsində gömrük-keçid məntəqəsi qurması, Ermənistanın Vorotan, Şurnux və Bardzrəvan kəndlərinin blokada vəziyyətinə düşməsi ilə nəticələnib. Məlumata görə, həmin kəndlərdə ümumilikdə 700 nəfər sakin yaşayır. 

Elvin
Missiya.Az


  • 12-11-2021, 15:59