AZ   |   RU
Nazirlik: "Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir"

"İlkin araşdırmalara görə, Amnistika Aktı Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində 8 800 nəfər məhkuma şamil olunması gözlənilir".

Missiya.Az
xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: "Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".

  • 11-11-2021, 12:08