AZ   |   RU
Gürcüstanda son sutkada koronavirusdan 77 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 4 563 nəfərdə koronavirus aşkarlanıb, 4 744 nəfər müalicə olunaraq sağalıb, 77 pasiyent vəfat edib.

Missiya.Az
xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 771 381 nəfərin yoluxduğu müəyyən edilib. Onların 705 312-si sağalıb, 10 739-u isə dünyasını dəyişib.

  • 11-11-2021, 11:39