AZ   |   RU
TAİB nümayəndəsi Qaqauziyanın rəsmi telekanalı GRT-nin qonağı olub - FOTOLAR

Moldovada səfərdə olan Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndəsi, Missiya.Az və Missiya.TV-nin baş redaktoru Nicat Dağlar, rəhbərliyin ona verdiyi səlahiyyətə uyğun olaraq, görüşlərini davam etdirir. 

Missiya.Az xəbər verir ki, TAİB nümayəndəsi Nicat Dağlar növbəti görüşünü Qaqauziyanın rəsmi Telekanalı olan GRT-də keçirib. 

Görüş zamanı TAİB-in yaranma səbəblərindən və hədəflərindən söhbət açılıb. 

Yaxın günlərdə GRT-də Türk Ağsaqqalları Birliyinin məqsəd və məramları barədə geniş reportaj yayınlanacaq. Kanal rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində qərara alınıb ki, Missiya TV ilə birgə layihələr də həyata keçirilsin.

Qeyd edək ki, TAİB-in xəttilə Moldovaya səfər edən Nicat Dağlar həm paytaxt Kişniyovda, həm də ətraf bölgələrdə görüşlər keçirir.



  • 11-11-2021, 09:54