AZ   |   RU
Qaqauz ağsaqqalları da TAİB-də birləşdilər - Moldovada görüşlər keçirilir - FOTOLAR

Moldovada səfərdə olan Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndəsi,  Missiya.Az və Missiya.TV-nin baş redaktoru Nicat Dağlar, rəhbərliyin ona verdiyi səlahiyyətə uyğun olaraq, həm paytaxt Kişniyovda, həm də ətraf bölgələrdə görüşlər keçirir.
 
Nicat Dağlar Kişniyovda Zəfər Gününə həsr olunmuş tədbirləri başa vurduqdan sonra, Moldovanın Qaqauziya Muxtariyyatına səfər edib. TAİB nümayəndəsi səfər çərçivəsində Qaqauziya Muxtariyyatı Xarici İşlər İdarəsinin rəhbəri Vitali Vlaxla görüşüb. 
 
Görüşdə Vitali Vlaxa TAİB barədə ətraflı məlumat verilib, təşkilatın məqsədləri və fəaliyyət proqramı barədə geniş bilgilər təqdim olunub. Vitali Vlaxa Türk Ağsaqqalları Birliyinin rəhbərliyinin salamları çatdırılıb.

 
Qeyd olunub ki, TAİB Qaqauz xalqının elm və mədəniyyət xadimləri ilə yaxından əməkdaşlıqda maraqlıdır və bu yöndə həyata keçirilən fəaliyyətə Muxtariyyat rəhbərliyi səviyyəsində dəstək veriləcəyinə ümid edilir. 
 
Xarici işlər idarəsinin rəhbəri öz növbəsində TAİB-in məqsədlərini alqışladığını, əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün gərəkli dəstəyin veriləcəyini bildirdi. Qaqauz ziyalılarının TAİB-in İdarə Heyətində təmsil olunmasını müsbət qarşıladıqlarını deyən diplomat birgə layihələrin də dəstəklənəcəyini vurğulayıb.

 
TAİB nümayəndəsi Qaqauziya Ağsaqqallar Şurasının sədri Vasili Romanoviç Anavutla da görüş keçirib. Nicat Dağlar Şura sədrinə Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyevin və TAİB-in təsisçisi  Ramin Əhmədovun salamlarını çatdırıb. Müzakirələr zamanı, Vasili İvanoviç TAİB-in türk ağsaqqallarının birgə fəaliyyət platformasına çevrilmək istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. TAİB-in hədəfləri və proqlamları barədə ətraflı məlumat alan Şura sədri, özü başda olmaqla daha iki tanınmış Qaqauz ağsaqqalının TAİB-in İdarə Heyətində təmsil olunacağını bildirib. 

Görüşdə mümkün birgə layihələrə dair də fikir mübadiləsi aparılıb. 

Sonda Şura sədri TAİB rəhbərliyinə öz salamlarını və təbriklərini çatdırıb və tezliklə onlarla Bakıda görüşəcəyinə ümid etdiyini deyib. Görüşün sonunda Nicat Dağlara Qaqauziyanın Ağsaqqallar Şurasının fəxri döş nişanı da təqdim olunub.



TAİB nümayəndəsi növbəti görüşünü Qaqauziyanın paytaxtı Komrat şəhərinin keçmiş prokuroru, hüquq-mühafizə oraqanlarında uzun illər müxtəlif vəzifələr turmuş Kıvırjik Afanasi Fyodoroviçlə keçirib. 
 
Afanasi Fyodoroviçə TAİB-in fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verilib. Öz növbəsində TAİB rəhbərliyinə salamlarını çatdıran sabiq prokuror təşkilatın İdarə Heyətində təmsil olunmağa hazır olduğunu bildirib. O, həmçinin TAİB rəhbərliyinə çatdırmaq üçün bir neçə səmərəli təklif də irəli sürüb.

Qaqauziya səfər çərçivəsində Muxtariyyatın bir neçə istiqamət üzrə fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin direktoru İrina Konstantinova ilə görüşən Nicat Dağlar, Mərkəz rəhbərinə TAİB-in yaranma səbəbi, hazırkı fəaliyyəti və gələcəyə baxışları barədə geniş məlumat verib. Öz növbəsində Mərkəz rəhbəri TAİB-in fəaliyyət proqramının türkdilli xalqlar arasında inteqrasiya prosesinin sürətləndirilməsinə töhfə verəcəyinə inandığını və TAİB-lə birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib. 
 
TAİB rəhbərliyinə salamlarını çatdıran İrina Konstantinova Bakıya səfər etmək təklifini də müsbət dəyərləndirib. 
 
Görüşdə Mərkəz rəhbərinə TAİB-in hədiyyələri təqdim olunub. İrina Konstantinova da təşkilatın kitabxanası üçün Qaqauz xalqının tarixi və mədəni nümunələrinin əks olunduğu kitabları hədiyyə edib.
 

 
TAİB-in xətti ilə təşkil olunan səfər çərçivəsində növbəti görüş Heydər Əliyev Fondu tərəfindən Qaqauziyanın Çadır-Lunqa şəhərində yeni inşa olunmuş Mədəniyyət və Təhsil Mərkəzində təşkil olunub. 
 
Müasir standartlara cavab verən və məxsusi dizayna malik yeni mərkəz bütün lazımi avadanlıqlarla da təchiz olunub. Binanın rəsmi açılış mərasimi hələ keçirilməyib. Hazırda açılışa hazırlıqlar davam edir. 

Müəllimlərlə söhbət zamanı onlar Heydər Əliyev Fonduna öz dərin təşəkkürlərini bildirib, Mərkəzin gələcək fəaliyyəti barədə ətraflı məlumat veriblər. Görüşdə Qaqauziya Xarici İşlər İdarəsinin əməkdaşları da iştirak edib. Qeyd edək ki, bu barədə Missiya TV-də ayrıca reportaj hazırlanacaq.
 
TAİB nümayəndəsinin Moldovanın paytaxtında və regionlarında görüşləri davam edir. 

 
 

  • 10-11-2021, 13:18