AZ   |   RU
Abşeronda parkda 15 yaşlı oğlan bıçaqlanıb

Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

Missiya.Az xəbər verir ki, hadisə noyabrın 8-i saat 17 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.


  • 10-11-2021, 10:16