AZ   |   RU
TAİB nümayəndəsi Qaqauziya Muxtariyyatı Xarici İşlər İdarəsinin rəhbəri ilə görüşüb - FOTO
 
Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndəsi, Missiya.Az və Missiya.TV-nin baş redaktoru Nicat Dağlar rəhbərliyin ona verdiyi  səlahiyyətə uyğun olaraq, Moldovada Qaqauziya Muxtariyyatı Xarici İşlər İdarəsinin rəhbəri Vitali Vlaxla görüşüb. 

Missiya.Az xəbər verir ki, görüşdə Vitali Vlaxa TAİB barədə ətraflı məlumat verilib, təşkilatın məqsədləri və fəaliyyət proqramı barədə geniş bilgilər təqdim olunub. Vitali Vlaxa Türk Ağsaqqalları Birliyinin rəhbərliyinin salamları çatdırılıb. Qeyd olunub ki, TAİB Qaqauz xalqının elm və mədəniyyət xadimləri ilə yaxından əməkdaşlıqda maraqlıdır və bu yöndə həyata keçirilən fəaliyyətə Muxtariyyat rəhbərliyi səviyyəsində dəstək veriləcəyinə edilir. Xarici işlər idarəsinin rəhbəri öz növbəsində TAİB-in məqsədlərini alqışladığını, əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün gərəkli dəstəyin veriləcəyini bildirdi. 

Qaqauz ziyalılarının TAİB-in İdarə Heyətində təmsil olunmasını müsbət qarşıladıqlarını deyən diplomat birgə layihələrin də dəstəklənəcəyini vurğulayıb.

Görüşlər davam edir. 


  • 10-11-2021, 09:30