AZ   |   RU
Bağban Nəbiyev: “Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızla qürur duymağa şərait yaratdı”
 
“Ötən il sentyabrın 27-dən başlayan 44 gün davam edən, 30 il ərzində işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. Həm o 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratdı”.

Bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin direktoru Bağban Nəbiyev verib. 

Onun sözlərinə görə 44 günlük Qarabağ savaşının başlanması üçün ölkəmiz, başda Ali baş komandan İlham Əliyev olmaqla illərlə hazırlaşdı. Dəfələrlə bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da ermənilər bundan ancaq zaman udmaq üçün istifadə etdilər. Bu günlərdə Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məsələni bir daha yada saldı: “Bu gün demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi".

"Bəli, Azərbaycan başda müzəffər Ali Baş Komandanımız olmaqla mərd qorxmaz, mübariz ordumuzun köməkliyi ilə, şəhidlərimizin qanı bahasına, qazılərimizin, hərbiçilərimizin hesabına torpaqlarımızı düşməndən azad etdi. Məhz 8 noyabrda Zəfər günündə Qarabağın döyünən ürəyi hesab olunan Şuşa azad olundu. Böyük hərbi potensiala, yüksək döyüş qabiliyyətinə malik ordusu olan Azərbaycanın durnadan erməniləri məhv edərək torpaqları azad etməsi sonda onları kapitulyasiya aktına qol çəkməyə, ölkəmizin bu müharibədə qalib bir dövlət kimi qəbul etməyə məcbur etdi. Həmin tarixi hadisələrdən bir il ötür. Bəlkə də bu gün çox böyük tarixi hadisənin əhəmiyyətini o qədər hiss edə bilmirik. Lakin illər ötəcək və bu qələbə Azərbaycanın şanlı tarixində qızıl hərflərlə yazılacaq. Müharibə başlayanda hamı kimi Gəncə avtomobil zavodu İstehsalat Birliyinin kollektivi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdi. İşçilərimiz könüllü olaraq 3 növbədə gecə gündüz çalışırdılar. Hamı öz əməyi ilə az da olsa ordumuza yardımçı olmağa çalışırdı və bununla qürur duyurdu. Həmin vaxtlar bildiyiniz kimi ermənilər döyüş meydanında məğlub olduqca Azərbaycanın dinc əhalisinə qarşı terror aktları törədərək raket zərbələrinə məruz qoyurdular. Onların bu vəhşi əməllərindən zərər çəkənlərdən biri də Gəncə sakinləri idi. Gecə gündüz dinc əhali yaşayan əraziləri beynəlxalq hüquq normalarına və hətta müharibə dövründə istifadəsi qadağan olunan raketlərlərlə qətlə yetirdilər həmin vaxtlarda ermənilər. Belə bir ağır zamanlarda bütün gəncəlilər kimi müəssisəmizdə çalışan əməkdaşlarda qorxmadılar, usanmadılar, ordumuz üçün vacib olan tapşırıqları yerinə yetirdilər. 44 günlük Qarabağ müharibəsi başlayanda Ali Baş Komandanın çağırışına qoşulan və ordu sıralarına qatılan hərbiçilər arasında Gəncə avtomobil zavodu istehsalat birliyinin də 16 əməkdaşı var idi. Onlar öz vətəndaşlıq borclarını yerinə yetirərək hazırda öz işlərindədirlər. Bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycan xalqı ən çətin və vacib anlarda öz liderinin ətrafında birləşərək əsl bir “Dəmir Yumruğa” çevrilir və qorxmadan, çəkinmədən sona qədər mübarizə aparapaq zəfər qazana bilir. Bu müharibə bird aha bütün dünyaya Azərbaycanın haqq səsini çatdırdı və bir daha sübut etdi ki, ölkəmizin Müzəffər sərkərdəsi, qüdtərli ordusu, mərd oğul və qızları, mübariz vətəndaşları və var. Qarabağ Azərbaycandır!"






  • 5-11-2021, 14:58