AZ   |   RU
Azərbaycanda dövlət əmlakları üzrə icarə haqları və minimum tariflər artırılır

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.

Missiya.Az xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.

Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqlarının, eləcə də minimum tariflərin artırılmasıdır.


  • 5-11-2021, 14:46