AZ   |   RU
Cəlilabadda döyülən Elşən Oktayoğlu açıqlama yayıb: "Məni Saməddin Məmmədovun qohumları döyüb" - FOTO
Cəlilabad rayonunda döyülən "Yazar TV"-nin baş redaktoru Elşən Oktayoğlu "Facebook" hesabında hadisənin təfərrüatı, sosial şəbəkələrdə səsləndirilən iddialarla bağlı paylaşım edib. 

Missiya.Az Elşən Oktayoğlunun paylaşımını olduğu kimi təqdim edir: 

"Əziz dostlar, son günlər sosial şəbəkələrdə mənim şəkillərimi paylaşıb təhqir yazırlar. Səbəb Cəlilabad rayonunda özünü bloger kimi qələmə verən Saməddin Məmmədovun üzünə durub tutdurmağımla bağlı iddialardır. Bu fikir tam əsassızdır! Saməddin Məmmədov 25 sentyabr gecə saat 22:25-də mobil nömrəmə zəng edərək məni ölümlə hədələyib. Mən həmin vaxt Daxili İşlər Nazirliyinin "102 çağrı" Zəng Mərkəzinə məlumat vermişəm. Sonra Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları izahat alıblar.

Saməddin Məmmədov oğlu Nahid Məmmədov və bacısı oğlu məni 27-si şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabad rayonunda yerləşən Şəhidlər xiyabanının qarşısında döyərək ağır xəsarətlər yetiriblər.

Hadisə şahidləri məni Cəlilabad RMX-na çatdırıblar.

Xəstəxanadan Rayon Polis Şöbəsinə məlumat verilib. Xəstəxanaya hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə araşdırılır. Odur ki, hər kəsdən xahiş edirəm ki, araşdırmadan, bilmədən yazmayın. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs etdiyi əmələ görə cavab verir".


Missiya.Az


  • 5-11-2021, 12:33