AZ   |   RU
YAP-da Qarabağ zəfərinə həsr edilən konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" mövzusunda konfrans keçirilib.

Missiya.Az
xəbər verir ki, konfransda hakim partiyanın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans başlamamışdan əvvəl "44 günlük Zəfər salnaməsi" adlı film nümayiş olunub.

Daha sonra T.Budaqov çıxış edib. O bildirib ki, konfransın keçirilməsində məqsəd Zəfərə gedən yolda milli iqtisadiyyatın oynadığı rolu və gələcək hədəfləri dövlət, akademiya və biznes ictimaiyyətinin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

T.Budaqov qeyd edib ki, qürurla torpaqlarımızın döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun işğalçıları tərəfindən darmadağın edilməsi ilə işğaldan azad edildiyi deyilir: "Prezident İlham Əliyevin inkişafa, qələbəyə yönələn siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam bərpa edilib. Güclü iqtisadi inkişaf tarixi zəfər üçün mühüm amil olub.

  • 4-11-2021, 13:30