AZ   |   RU
Vitse-spiker Türk Ağsaqqalları Birliyinin tədbiri barədə paylaşım edib - FOTO

Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev ötən gün Türk Ağsaqqalları Birliyinin (TAİB) və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Hilton Baku" otelində keçirilmiş, Zəfər Gününə həsr olunan “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” adlı tədbirlə bağlı özünün "Facebook" səhifəsində paylaşım edib. Qeyd edək ki, A.Əliyev həmin tədbirin əsas panelində çıxış edib. 

Missiya.Az vitse-spiker Adil Əliyevin paylaşımını olduğu kimi təqdim edir: 

"Deputat həmkarlarım, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” konfransda iştirak etdik.
Şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı, Azərbaycan xalqı yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi və bu birlik, Müzəffər Ali Baş Komandanın rəhbərliyindəki Rəşadətli Ordumuzu Qələbəyə ruhlandırdı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşümüz, əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyü bərqərar edilməsi ilə yekunlaşdı. 44 gün davam edən Zəfər yürüşündə Azərbaycan gücünü Ermənistana və onun havadarlarına göstərdi, Şanlı üçrəngli bayrağımız Vətən göylərində dalğalandı. Məhz bu tarixi qalibiyyətimizə görə Vətənini öz canından, qanından artıq tutan qəhrəmanlarımıza borcluyuq. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən, ölkə başçımız tərəfindən diplomatik müstəvidə aparılan uğurlu gedişlər nəticəsində tam təslim oldu və kapitulyasiya aktını imzaladı.  

Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra, Azərbaycan ərazisini birdəfəlik tərk etdi. Ermənistanın tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edən Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı idi.

Tarixi torpaqlarımızın işğaldan azad edilməsində şəhid olan qardaşlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir!"



Missiya.Az

  • 4-11-2021, 14:41