AZ   |   RU
“Tramp istəsə, Ukraynadakı müharibə tezliklə bitəcək” - Ərdoğan

“NATO-ya Amerikadan sonra ən çox pul verən ölkələrdən biri Türkiyədir”.


Missiya.Az "STAR"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərlərindən sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.


O, bildirib ki, bu nöqtədə Türkiyə NATO daxilində müdafiəyə ən çox pul xərcləyən ölkələrdən biridir. 


“NATO daxilində əsgər baxımından heç bir problem yoxdur. Əsgər sayına görə onsuz da yaxşıyıq. ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Ukraynadakı müharibəni dayandırmaq cəhdləri orada həlli sürətləndirəcək. Biz əvvəldən Ukraynanın haqlı olduğunu və bu müharibədə sülh tərəfini seçdiyini nümayiş etdirdik. Müharibənin tərəfi olmaq barədə göstərişlərə məhəl qoymadıq və hər iki tərəflə əlaqə saxladıq. Biz gördük ki, problemlərin diplomatiya yolu ilə həll olunacağına inancımız Qərb tərəfindən yetərincə paylaşılmır”, - deyə siyasətçi vurğulayıb.


Ərdoğan qeyd edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dönəmində Vaşinqton administrasiyasının məsələyə həll nöqteyi-nəzərindən yanaşdığını görsək, bu müharibəni asanlıqla bitirə bilərik:


“Daha çox silah, daha çox bomba, daha çox xaos və münaqişə bu müharibəni bitirməyəcək. Daha çox dialoq, daha çox diplomatiya, daha çox razılaşma sülhün qapısını açır. Biz hər iki tərəfi bir masa ətrafında bir araya gətirə bilmiş bir ölkəyik. Biz bunu dəfələrlə etmişik və yenə də edə bilərik. Bu müharibə indi bitməlidir. Biz səylərimizi sülh üçün cəmləmişik və bundan sonra da edəcəyik. Ümid edirik ki, yeni dövrdə yeni başlanğıclar edəcəyik və bütün münaqişələrin və müharibələrin bitdiyi bir dünyaya çatacağıq”, - deyə siyasətçi əlavə edib.



Daşqın Həsənov
Missiya.Az



  • 8-11-2024, 15:01