AZ   |   RU
“Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni plan hazırlayır” - “The Wall Street Journal”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinə son qoymaq planını müzakirə etməyə başlayıb. 


Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.


Bildirilir ki, plan cəbhə xəttinin dondurulmasını və bu xətt boyunca demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur. 


Qeyd edək ki, Tramp bundan əvvəl bəyan etmişdi ki, prezident seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 7-11-2024, 10:45