AZ   |   RU

Əfqanıstanda İranın rəsmi xəbər agentliyinin jurnalisti silahlı hücuma məruz qalıb

İranın dövlət telekanalı IRIB-in operatoru Əlirza Şərifi Əfqanıstanın paytaxtı Kabildə hücuma məruz qalıb.

Hücum nəticəsində jurnalist ağır yaralanıb.

İlkin məlumata görə, silahlı hücum gecə saatlarında baş verib.

İki naməlum şəxs motosikletlə ona yaxınlaşaraq jurnalistə yeddi dəfə atəş açıb.

Üz və boyun nahiyəsindən ağır xəsarətlər alan IRIB-in operatoru ən yaxın xəstəxanalardan birinə çatdırılıb.
Hazırda onun vəziyyəti həkimlər tərəfindən ağır olaraq qiymətləndirilir.

Baxış sayı: 75
  • 31-10-2021, 09:46