AZ   |   RU
Azərbaycanla Belarus arasında iki Saziş təsdiqlənib


2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” təsdiq edilib. 


Missiya.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb. Eyni zamanda, Prezident 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u da təsdiq edib.



  • 25-10-2024, 16:39