AZ   |   RU
Şuşanın qışa hazırlıq vəziyyəti yoxlanılıb

Şuşanın qışa hazırlıq vəziyyəti yoxlanılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

"Energetika naziri Pərviz Şahbazovla birlikdə Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat”ın istilik qazanxanalarına baxış keçirdik. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək. Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır", - xüsusi nümayəndə vurğulayıb.


  • 29-10-2021, 11:20