AZ   |   RU
Sosial-iqtisadi inkişaf strategiyasının icrasına növbəti 2 ildə 13 mlrd. manatdan çox vəsait xərclənəcək


“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi üçün tələb olunan resursların yeni makro-fiskal çərçivəyə uyğun olaraq ortamüddətli resurs zərfi ilə uzlaşdırılması və səmərəli mobilizasiyası təmin ediləcək. 



Missiya.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.


2024-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 54,8 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə təqribən 23,2 milyard manat məbləğində vəsait ayrılıb, cari ilin dövlət büdcəsində isə sözügedən Proqramın icrası üçün 6,8 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, 2025-2026-cı illərdə ümumilikdə 13,3 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 36,4 milyard manata çatdırılacaq.



  • 18-10-2024, 18:56