Azərbaycanın kikboks üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.
Missiya.Az xəbər verir ki, onun hakimlik dərəcəsi artırılıb. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, hakimlər kollegiyasının sədri A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi "B class" dərəcəsindən "A class" dərəcəsinə artırılıb. Mütəxəssis buna İtaliyanın Jesolo şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub.
Qeyd edək ki, Aydın Ağabəyov ədaləti qoruyaraq 6 final döyüşü idarə edib.