- 10-10-2024, 20:08
SON XƏBƏRLƏR
Bu gün, 11:25 |
Bu gün, 09:07 |
Bu gün, 00:18 |
Dünən, 23:23 |
Dünən, 22:02 |
Dünən, 22:00 |
Dünən, 21:31 |
Dünən, 20:00 |
Dünən, 19:30 |
Dünən, 19:19 |
Bu gün TAİB-in mərkəzi ofisində “Şəhidləri tanıyaq və tanıdaq” layihəsi çərçivəsində şəhid həkim Azər Şəmilovun xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə açan TAİB-in sədr müavini Eyvaz Hünbətov təmsil olunduğu ictimai birliyin Azərbaycan tarixi, zəngin mədəni irsi və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Qəhrəmanlarımızın təbliğ olunmasına həmişə xüsusi önəm verdiyini bildirib və qeyd edib ki, TAİB sistematik olaraq şəhidlərimizlə bağlı müxtəlif tədbirlər həyata keçirir, onların xatirəsini əbədiləşdirmək məqsədilə çeşidli layihələrə imza atır.
Daha sonra tədbirdə şəhid baş leytenant Azər Şəmilova həsr olunmuş film nümayiş etdirilib.
Dəyirmi masada çıxış edən TAİB-in İdarə Heyətinin üzvləri Azərbaycan xalqının öz qəhrəman oğulları ilə fəxr etdiyini, Dövlətimizin və bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin onların xidmətini yüksək qiymətləndirdiyini qeyd ediblər. Çıxışçılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri hərtərəfli qayğıdan da geniş şəkildə bəhs ediblər.
Dəyirmi masada şəhid baş leytenant Azər Şəmilovun övladları Fədayət Şəmilov və Aynurə Şəmilova da iştirak ediblər. Fədayət Azərbaycan Dövlət İqtisad Universiteti, Aynurə isə Azərbaycan Diplomatiya Akademiyasının tələbəsidir.
Onlar da öz çıxışlarında Dövlətin ailələrinə göstərdiyi diqqətdən söz açıb, atalarının keçdiyi döyüş yolu ilə qürur duyduqlarını bildiriblər.
Sonda şəhid övladlarının hər birinə TAİB rəhbərliyi adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, şəhid baş leytenant Azər Şəmilov "Vətən uğrunda" medalı (29 dekabr 2020) — "Suqovuşanın azad olunmasına görə", “Hərbi xidmətə görə” və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Elcan
Missiya.Az
Bu gün, 11:25 |
Bu gün, 09:07 |
Bu gün, 00:18 |
Dünən, 23:23 |
Dünən, 22:02 |
Dünən, 22:00 |
Dünən, 21:31 |
Dünən, 20:00 |
Dünən, 19:30 |
Dünən, 19:19 |
![]() |
İran XİN rəhbəri ABŞ ilə birbaşa danışıqlardan imtinanın səbəbini açıqlayıb |
![]() |
Pezeşkian Putini İrana səfərə dəvət edib |
![]() |
Ukrayna daha 909 əsgərinin cəsədini geri qaytarıb |
![]() |
Rusiya ordusu Donetskin Valentinovka kəndini ələ keçirib |
![]() |
Vəfat edən oğlunu belə yad edib |
![]() |
“Aİ Cənubi Qafqazda yeni gərginlik ocaqları yaradır” - Zaxarova |
![]() |
“Ukraynanın enerji infrastrukturuna zərbə endirilməməsinə dair müddət başa çatıb” - Peskov |
![]() |
Putinin qrafikində Trampla təmas yoxdur - Kreml |
![]() |
Türkiyə qorxusu İsraili bürüdü - Ankara Tel-Əvivin strategiyalarına zərbə vuracaq |
![]() |
"Google"a daha bir zərbə: Reklam texnologiyasında qeyri-qanuni monopoliya |
![]() |
"Rusiya Ukrayna ərazilərinin bir hissəsini öz nəzarətində saxlaya bilər" - Trampın xüsusi nümayəndəsi |