AZ   |   RU
“ABŞ Zelenskini müharibəni davam etdirməyə sövq edir” - Lukaşenko

“Ukrayna prezidenti Volodimir Zelenski hələlik silahlı münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq istəmir”.


Missiya.Az “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.


Siyasətçi Minskin cəhdlərinə baxmayaraq, Zelenskinin danışıqlar aparmaq istəmədiyini açıqlayıb:


“Niyə? Çünki amerikalılar onları bu müharibəni davam etdirməyə sövq edir”, - deyə Belarus lideri bildirib.


Lukaşenko münaqişənin həlli üçün Rusiya və Ukrayna ilə əlaqə saxlamaq cəhdlərindən danışıb və tərəfləri sülh danışıqlarını mümkün qədər tez başlamağa çağırıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:43