AZ   |   RU
İran prezidenti Qətərə səfər edəcək

 

İran prezidenti Məsud Pezeşkian bir neçə gün sonra Asiyada Əməkdaşlıq Dialoqu Forumundan iştirak etmək üçün Qətərə yollanacaq.

Missiya.Az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.

Məlumata görə, foruma üzv ölkələrin liderlərinin iclası sentyabrın 30-u oktyabrın 1-i tarixlərində Dohada baş tutacaq.

Qeyd edək ki, Asiyada Əməkdaşlıq Dialoqu Forumu 35 Asiya ölkəsindən ibarətdir və 20 ildən artıqdır ki, fəaliyyət göstərir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 14:36