AZ   |   RU
“Belarusa hücum edilərsə, nüvə silahından istifadə olunacaq” - Lukaşenko

“Belarusa hücum edilərsə, nüvə silahından istifadə olunacaq”. 


Missiya.Az “BELTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.


O, bildirib ki, Belarusa hücum üçüncü dünya müharibəsinin başlaması demək olacaq. 


Lukaşenko Rusiya prezidenti Vladimir Putinə nüvə doktrinasına düzəliş etdiyinə görə təşəkkür edib.


“Bizə hücum olan kimi nüvə silahından dərhal istifadə edəcəyik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:32