AZ   |   RU
İstanbul hava limanlarında 8 ayda sərnişin sayı 80 milyonu keçib

 

Yanvar-avqust aralığında, 8 ayda İstanbul hava limanlarında sərnişin sayı 80 milyon 927 min 61 nəfər olub.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, artım 2024-cü ilin yanvarında başlayıb.

Qeyd olunub ki, Bu ilin 8 ayında Sabiha Gökçen Hava Limanından daxili xəttlərdə 13 milyon 172 min 953, beynəlxalq xətlərdə isə 14 milyon 343 min 972 sərnişin uçub.

Covid-19 epidemiyasının sona çatmasından sonra həm dünyada, həm də Türkiyədə təyyarə ilə səyahət edənlərin sayı artmaqda davam edir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 14:30