AZ   |   RU
“Fənərbaxça”nın oyunçusu İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət edib

Türkiyənin “Fənərbaxça” basketbol klubunun amerikalı oyunçusu Naycel Hayes İrəvandakı “erməni soyqırımı” memorial komplekisini ziyarət edib.


Missiya.Az xəbər verir ki, basketbolçu bu barədə özünün “İnstaqram” hesabında məlumat yayıb.


Bildirilir ki, məşhur basketbolçu Erməni Soyqırımı Memorialından foto paylaşıb.


Qeyd edək ki, Hayesin bu paylaşımı Türkiyədə böyük səs-küyə səbəb olub. Nəticədə basketbolçu “İnstaqram” hesabında tarixdən kifayət qədər məlumatlı olmadığını və türk xalqını təhqir etmək istəyinin olmadığını bildirən yeni paylaşım edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:19