AZ   |   RU
İraqın şimalında 22 PKK/YPG terrorçusu zərərsizləşdirilib

 

Türkiyə ordusu tərəfindən İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Asos bölgələrində şəxsiyyəti müəyyən edilən 21 PKK terrorçusunu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”,-deyə məlumatda qeyd olunub.

"Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların boynunda olmağa davam edəcək",-deyə nazirlikdən bildirilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 14:10