AZ   |   RU
"Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib” - Kobaxidze

"Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi bir faktdır".


Missiya.Az “Aktual.ge»yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Rusiyanın adını çəkməməsi ilə bağlı sualı cavablandırarkən deyib.


Onun sözlərinə görə, o, çıxışı zamanı Abxaziya və Sxinvali bölgəsinin işğal olunmasından danışıb:


“Söhbət işğaldan gedirdi və Gürcüstanın ərazi bütövlüyündən danışırdıq. Rusiya Federasiyası ərazilərimizi işğal edib, bunu hamı çox yaxşı bilir. Mən Birləşmiş Millətlər Təşkilatında işğaldan danışdım. Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi bir faktdır,” - deyə Kobaxidze bildirib.


Qeyd edək ki, siyasətçi BMT-də çıxışı zamanı Gürcüstan ərazisinin 20%-nin işğal altında olduğunu bəyan etmişdi.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:56