AZ   |   RU
Mirzoyan Estoniya XİN rəhbəri ilə sülh müqaviləsini müzakirə edib

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşüb.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilir ki, tərəflər regional hadisələri ətraflı müzakirə ediblər. 


Qeyd olunub ki, Mirzoyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq səylərini həmkarının diqqətinə çatdırıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:41