AZ   |   RU
Zelenski əsas məqsədinə çatmadan ABŞ-ni tərk edəcək - “The Times”

Ukrayna prezidenti Volodimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin götürülməsinə nail olmadan ABŞ-dən qayıdacaq. 


Missiya.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.


Bildirilir ki, Ukrayna lideri ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşdə şəxsən Böyük Britaniyanın “Storm Shadow” raketlərinin və Amerikanın ATACMS raketlərinin Rusiya Federasiyasına zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Bununla belə, Vaşinqtonun uzaqmənzilli raketlərdən istifadəyə yanaşmasında heç bir dəyişiklik elan edilməyib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:25