AZ   |   RU
“Gürcüstan ABŞ ilə münasibətlərə yenidən baxacaq” - Kobaxidze

“Vaşinqton siyasətini dəyişərsə, Gürcüstan ABŞ ilə münasibətlərə yenidən baxacaq”.


Missiya.Az ”TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.


Siyasətçi status-kvonun yenidən nəzərdən keçirilməsinin zəruriliyini bəyan edib və Vaşinqtonun siyasətində dəyişiklik etməyi şərt adlandırıb.


“Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerikadan asılıdır”, - deyə Kobaxidze vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:54