AZ   |   RU
“Türkiyə Aİ üçün mühüm tərəfdaşdır” - Niderland XİN rəhbəri


Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu Yorkda niderlandlı həmkarı Kaspar Veldkamp ilə görüşüb.


Missiya.Az xəbər verir ki, bu barədə niderlandlı diplomat özünün “X” sosial media hesabında məlumat yayıb.


"Türk həmkarım Hakan Fidan tərəfindən səmimi qarşılandım. Türkiyə Niderland ilə yanaşı, Avropa İttifaqı (Aİ) üçün də mühüm tərəfdaşdır. Türkiyə ilə ticarət və təhlükəsizlik daxil olmaqla bir çox sahədə əməkdaşlığımızı davam etdirəcəyik."



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:38