AZ   |   RU
“Ukrayna tezliklə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə ala bilər” - Britaniya XİN rəhbəri

“Ukrayna qış başlayana qədər Qərb silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün icazə ala bilər”.


Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Amerikanın Səsi”nə müsahibəsi zamanı məlumat verib.


“Yaxın günlərdə Ukraynanı ehtiyacı olan hər şeylə təmin etmək üçün çox güclü mövqedə olacağıq”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, gələn il Rusiya prezidenti Vladimir Putin üçün vəziyyət xeyli çətinləşəcək.


Lemmi bildirib ki, hazırda Rusiya iqtisadiyyatı pis vəziyyətdədir. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:56