AZ   |   RU
Azərbaycanın investisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb


Azərbaycanın investisiya şirkətləri bu ilin I yarısında 4,4 milyon manat xalis mənfəət əldə edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % azdır. "İnvestisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olub", - deyə hesabatda qeyd olunub. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirib. Belə ki, ötən ilin I yarımili ilə müqayisədə ROA göstəricisi 2,4 faiz bəndi azalaraq 1,9 %-ə, ROE göstəricisi isə 3,2 faiz bəndi azalaraq 9 %-ə düşüb.

“İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. Bu ilin I yarısının sonuna sektor üzrə məcmu kapital 46 milyon manat, tələb olunan kapital isə 5,2 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir", - deyə AMB bəyan edib.




  • Bu gün, 10:50