AZ   |   RU
“Fənərbaxça” klubunun sabiq futbolçusu güllələndi


Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum edilib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında məlumat yayıb.

Serhat bildirib ki, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb. Ayağından güllənən və təcili xəstəxanaya aparılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

5 mövsüm “Fənərbaxça”da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, “Fənərbaxça” forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.


Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:39