AZ   |   RU
“Aİ Ukraynanı dəstəkləməyə davam edəcək” - Şarl Mişel

“Rusiyanın işğalçı müharibəsi təkcə Ukrayna xalqını deyil, həm də hər bir avropalını təhdid edir. Avropa Birliyi Ukraynaya ədalətli və davamlı sülhün qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək”.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel BMT-dəki çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Ukraynada cinayətkar və əsassız müharibəyə başlayıb. 


Mişel bunu qanun gücündən istifadə etmək əvəzinə, güc tətbiq etməklə öz hüququnu müdafiə etməyə cəhd adlandırıb.


"Bu müharibə Ukrayna xalqı və bizim hər birimiz üçün birbaşa təhdiddir. Aİ Ukraynanı dəstəkləyib və lazım olduğu müddətdə Kiyevi dəstəkləməyə davam edəcək. Azadlıq və həmrəylik vədimizi yerinə yetirəcəyik. Biz öhdəliklərə sadiqik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:20