AZ   |   RU
Zelenski Ukraynanın qələbə planını Kamala Harrisə təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin qələbə planını ABŞ-nin vitse-prezidenti Kamala Harrisə təqdim edib.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.


Zelenskinin sözlərinə görə, o, qələbə planının təfərrüatlarını Harrislə bölüşüb və ABŞ ilə tam koordinasiyada işləməyin vacibliyini vurğulayıb.


"Biz bu müharibəyə son qoymalıyıq. Bizə ədalətli sülh lazımdır. Biz öz xalqımızı və ölkəmizi Rusiya prezidenti Vladimir Putinin şərindən qorumalıyıq. Biz bütün bu müddət ərzində Ukraynanı dəstəklədiyi üçün Amerikaya minnətdarıq", - deyə Zelenski bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:13