AZ   |   RU
Bayden və Zelenski oktyabrda Almaniyada yenidən görüşəcək

ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski oktyabrda növbəti görüş keçirəcək.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.


Qeyd olunur ki, oktyabrın 12-də Bayden Almaniyada liderlər səviyyəsində Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasını keçirəcək.


Məlumata görə, görüş zamanı liderlər bu məsləhətləşmələrin gedişatını nəzərdən keçirəcək və beynəlxalq tərəfdaşlarla Ukraynaya əlavə yardımı əlaqələndirəcəklər.


“Bayden Ukraynaya qalib gəlməsi üçün lazım olan dəstəyi verməkdə qərarlıdır”, - deyə vurğulanıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:07