AZ   |   RU
Zelenski Baydenə qələbə planının təqdimatı barədə danışıb

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenə Ukraynanın qələbəsi planını təqdim edib. Liderlər təşəbbüslə bağlı mövqeləri razılaşdırıblar və hazırda onun həyata keçirilməsi üçün növbəti addımlar hazırlanır.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.


Zelenskinin sözlərinə görə, Baydenlə görüşdə planı gücləndirmək üçün detallar müzakirə olunub. 


"Bizim komandalara növbəti addımlar üzrə məsləhətləşmələr aparmaq tapşırılıb ", - deyə Ukrayna lideri bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:01