AZ   |   RU
Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1370 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1370 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 649 min 170 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 21 tank, 58 artilleriya sistemi və 48 zirehli döyüş maşınını məhv edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:54