AZ   |   RU
Türkiyənin 10 vilayətində "Gürz - 17" əməliyyatı - 71 mağara məhv edilib


Türkiyənin 19 vilayətində "Gürz - 17" əməliyyatı keçirilib, 71 mağara və sığınacaqlar məhv edilib.

Missiya.Az 
"TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlamasında bildirib.

Keçirilən əməliyyatlarda 1303 ədəd zenit sursatı, 360 ədəd əl qumbarası, 257 kq hücum üçün hazırlanmış partlayıcı maddə, 141 ədəd mina, 80 ədəd "RPG-7" döyüş sursatı, 32 PUA, 16 artilleriya, minaatan və qumbaraatan sursatı, 7 min 624 ədəd müxtəlif ölçülü və diametrli sursat, 2 "RPG-7" Roketatar silahı, 112 raket mühərriki, 1 PKM pulemyot, 9 Kalaşnikov piyada tüfəngi və s. ələ keçirilib.


Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 09:40